Euroservise-in çəkdiyi xəttMövcud paylayıcı şəbəkə
Xidmətlərimiz
Qaz xəttindən başlayan işi istilik, tikinti və elektrik işləri ilə tamamlayırıq. Bir obyekt üçün bir neçə podratçı axtarmağa ehtiyac qalmır.
Əsas xidmətimiz
Qaz çəkilişi, açar təhvil
Texniki şərtdən qazın açılışınadək bütün mərhələləri biz aparırıq. Dövlət qurumlarına sizin əvəzinizə müraciət edirik, siz isə işin hansı mərhələdə olduğunu hər zaman bilirsiniz.
Euroservise MMC qaz xətlərinin layihələndirilməsi, çəkilişi və qaz sayğaclarının quraşdırılması ilə başlayıb. 2016–2017-ci illərdə “Azəriqaz” İB ilə bağlanmış müqavilələr əsasında respublika ərazisində fərdi evlərin qazlaşdırılmasında iştirak etmişik.
2019-cu ildə dövlət proqramı çərçivəsində Quba rayonunun Afurca kəndində 330 evi, Bakının Maştağa qəsəbəsindəki “Savalan” yaşayış massivində 320 evi qazlaşdırıb vaxtından əvvəl təhvil vermişik. 2022-ci ildən tikinti lisenziyası ilə əsaslı və cari təmir, istilik sistemlərinin quraşdırılması üzrə də işləyirik.
Qazandığımız bütün nailiyyətlərin əsasında işə doğma münasibət, yüksək keyfiyyət və müştəri məmnunluğu dayanır.
Elşən Nəcəfov, direktor
3000+qazlaşdırılmış fərdi ev
1000+qeyri-yaşayış sahəsi
50+hündürmərtəbəli bina
100+məktəb
2015-ci ildən bəri görülmüş işlər
İşlərimiz
Fərdi evdən məktəbə, kənddən yaşayış massivinə qədər. Hər layihə fotoları və görülən işlərin siyahısı ilə.